top of page

Hemofiliya pasientləri ilk dəfə olaraq Respublika Velotrekində qonaq oldular

Noyabrın 30-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientləri və onların ailə üzvülərinin iştirakı ilə Respublika Velotrekidə ilk tanışlıq mərasimi təşkil olunub. Tədbirdə Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadionu, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumatlar verilib. Komplekslə ilk tanışlıqdan sonra dəyirmi masa ətrafında tədbir davam edib. "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumatlar verilib və peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasientləri arasında ilk ümumrespublika yarışının keçirlməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Sonda hemofiliyalı pasientlərin ailə üzvüləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Mətbuat xidmətinin rəhbəri Fuad Rəsul

Deputatlar bir-birini təhqir etdi — Milli Məclisdə qalmaqal

“Sosial şəbəkələrdə məndən, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən deputat yoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Aqil Abbas bildirib.

Deputat deyib ki, bəzən onun hər hansı müsahibəsi, açıqlaması sosial şəbəkələrdə konteksdən çıxarılaraq yayımlanır və ona cavab olaraq şərhlər yazılır:

“Bu şərhlərdə kim nə istəyirsə, yazır. Məni, həmkarlarımı təhqir edirlər. Bunun əsas səbəbi bizim demədiyimiz fikirlərin başqa cür təqdim edilməsidir. Bəzən biz müsahibə verən kimi təhqir olunuruq. Bütün bunlara son qoyulmalıdır, sosial şəbəkələrdə təhqir və böhtanlara ciddi nəzarət olunmalıdır. Təhqir və böhtana yol verən saxta profillər belə araşdırılıb cəzalandırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatları müsahibələr verəndə diqqətli olmağa çağırıb:

“Mən Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə görün ki, kimə, hansı jurnalistlərə və saytlara müsahibə verirsiniz. Bu gün bir çox deputatlar gündəmdə qalmaq üçün müsahibə verməyə can atırlar. Əl çəkin də bu cür hərəkətlərdən. Mən spiker kimi Milli Məclisin deputatlarını qorumağa çalışıram”.

Millət vəkili Fəzail Ağamalı isə deputat həmkarı Aqil Abbasa kəskin iradını bildirib.

F.Ağamalı deyib ki, Aqil Abbas neçənci dəfədir danışıqlarına fikir vermir:

“Aqil Abbasın səviyyəsi çatmır ki, bizə dərs keçsin. Hər dəfə də o hərəkətlərini, danışıqlarını bilməyən davranışlar nümayiş etdirir. Artıq o həddini aşıb. Xahiş edirəm, cənab Sədr, ona xəbərdarlıq edin”.

F.Ağamalı internet resurslarında ayrı-ayrı insanların şəxsiyyətinin alçaldıldığını da söyləyib:

“Bütün bunlara qarşı sərt tədbirlər görülməlidir. Millət vəkilləri heç nədən çəkinmir. Çünki onların fəaliyyəti şəffafdır. Millət vəkilləri ictimaiyyətə digər qurumlardan daha açıq şəxslərdir. Ona görə də tez-tez jurnalistlər bizə müraciət edib, açıqlama alırlar. Biz də jurnalistlərə hamının normal başa düşəcəyi formada cavab veririk. Bunu ayrı cür təqdim etməyə ehtiyac yoxdur”.

İcra başçısının Rüstəm Usubov və Abid Şərifova məktubları açıqlandı — MƏHKƏMƏDƏ

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. 
Prosesdə cinayət işinin 13-cü cildində olan sənədlər elan edilib. Miryusif Mahmudovun vəkili bildirib ki, 10-cu cilddə Nərimanov rayon Polis İdarəsindən göndərilən məktub var: "Həmin hissənin elan edilməsini istəyirik".
Hakim bildirib ki, həmin hissə elan ediləcək.
13-cü cild elan olunan zaman şahid qismində Tural Məmmədovun və Mirələddin Cavadovun ifadələri oxunub.

Vəkillər bidirib ki, onlar istintaqa ifadə versə də, şahidlər siyahısına salınmayıb.

Tural Məmmədov istintaqa ifadəsində bildirib ki, Azadlıq prosopektində binaların üzlənməsi zamanı sahə rəisi olub.

Məhkəmədə Ekpsertiza Mərkəzindən gələn məktub elan edilib.

Cinayət işinin 14-cü cildində Binəqədi rayon İcra Hakimiyyəti başçısının baş prokurorun 1-ci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda Binəqədi rayon icra hakiminin birinci müavini Qüdrət Seyfullayevin sərəncama çıxarılması qeyd edilib.

Məktubda həmçinin müxtəlif illərdə icra hakiminin müavinlərinin işə götürülməsi, çıxarılması və vəzifə bölgüləri ilə bağlı məlumatlar qeyd edilib.

Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, prokurorun məktubu elan etməsində məqsəd Qəzənfər Novruzovun vəzifə səlahiyyətlərin sui-istifadə etməsi ilə bağlı ittihamı sübut etməkdir.

Mİryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, şirkət binanların üzlənməsi ilə bağlı təhvil-təslimi birbaşa Qüdrət Seyfullayevlə aparıb: "Onun özü də hər şeyin yerində olduğunu, heç bir şikayətlərinin olmadığını deyib. Yalnız onun barəsində heç bir tədbir görülməyib".

Sənədlərin tədqiqi mərhələsində Xaləddin İsgəndərovun Abid Şərifova ünvanlağı məktublar də açıqlanıb.

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədaləto Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutalan cianyət işi başlanılıb.

Akif Əlibəyov və Ağacavad Məmmədov barəsindı həbs qətimkan tədbiri seçilməyib.

Elm adamlarından şok iddia — Kəsilən orqanlar bərpa oluna bilər

Elm adamları kəsilən orqanların sonradan bərpa oluna biləcəyini iddia ediblər.

Alimlər orqanlarını yenidən bərpa edən soxulcan üzərində tədqiqat aparırlar. Əgər alimlər "acorn" soxulcanının orqanlarını necə bərpa etdiyini dəqiqləşdirə bilsələr, çox güman ki bu tibb elmində böyük bir yeniliyə səbəb olacaq.

"Acorn" soxulcanları baş və sinir sistemi də daxil olmaqla orqanizmdə kəsilmiş hər hansı bir hissəni bərpa etmək qabiliyyətinə malikdir. Bu soxulcanda olan bir cox genlər insanda da var. Alimlər bu səbəbdən insanların orqanlarını bərpa edib edə bilməməsinin mümkünlüyünü də araşdırır. Bu soxulcanlar kəsilən istənilən orqanının 15 gün ərzində bərpa edə bilir.

Vaşinqton universitetinin alimi Bill Svalla deyib: "Təbiətdə bir çox canlı kəsilmiş orqanını bərpa edə bilir. İnsan da dırnaq dərisini bərpa edir. Məncə digər orqanları da bərpa edə bilərik. Sadəcə orqanizmimizdə bəzi prosseslər buna mane olur. Əgər uyğun olan genləri tapıb dəyişdirə bilsək, kəsilən və qopan bədən üzvlərini bərpa edə bilərik".

Alim vurğulayıb ki, əgər soxulcan üzərində aparılan tədqiqatlar müsbət nəticə versə, önümüzdəki 100 ildə tibdə çox böyük uğura imza atmaq mümkün olacaq.

Orqanizmi qışa hazırlayan əsas qidalar

Payız fəslində sarımsaq yaya nisbətən daha faydalıdır. Onun tərkibində efir yağı, boy artımı və görmə qabiliyyətinə müsbət təsir edən vitaminlər var. Sarımsaq qurda və soyuqdəyməyə qarşı əla vasitədir. Əgər payız və qış aylarında bir diş sarımsaq qəbul etsəniz, orqanizmin soyuqdəymə və infeksiya əleyhinə müqaviməti və immuniteti möhkəmlənəcək.

Kərəvizin tərkibində olan maddələr təbiətdə başqa heç bir tərəvəzin tərkibində yoxdur. Bir çoxları onu hətta jenşenlə müqayisə edir. Kərəviz ilk növbədə artıq çəki ilə mübarizə aparan insanlar üçün faydalıdır. Tərkibində kalori miqdarı həddən artıq az olduğu üçün kərəviz istifadə edən orqanizm demək olar ki, kalori qəbul etmir. Xüsusən sinir sistemi üçün faydalıdır. Çünki payız aylarında əsəb sistemində gərilmələr, depressiya və stress artır. Qanın tərkibində kolesterin miqdarını azaldır, ürək və damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Eyni zamanda orqanizmin serotonin ifrazını artırır.

Həm uşaqlar, həm böyüklər üçün faydalıdır. Tərkibində olan beta-karotin görmə qabiliyyətinə müsbət təsir edir. Eyni zamanda yerkökünün tərkibində olan A vitamini toyuq korluğu və göz xəstəliyindən müalicədə faydalıdır. A vitaminindən başqa bu tərəvəzin tərkibində B vitamini, nikotin turşusu, maqnezium, fosfor və D vitamini var. Yerkökü ödqovucu, bəlğəmgətirici təsirə malikdir.

Azərbaycanlı model içib deputatları biabır etdi — VİDEO

Model Model Rüstəm Cəbrayılov mükafatlandırma mərasimində hər kəsi şoka salan açıqlama verib. 

 

Bizimtv saytı azxeber.com-a istinadən xəbər verir ki, mükafatı almaq üçün səhnəyə çıxan model sərxoş olub. O, mükafatı alıb mərasimi tez tərk edənlərə əsəbləşib: "Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər”.

 

Model həmçinin mərasimdə iştirak edən millət vəkillərinə də "sataşıb": "Burada mükafat alan millət vəkilləri məndən artıq deyil. Mənim arxamda dayanan insan var, amma bu dövlət deyil". 

 

Mərasimdə millət vəkilləri Fəzail Ağamalı və Jalə Əliyeva iştirak edib. 

 

Qeyd edək ki, müğənni Ədalət Şükürov da mərasimə içkili qatılıb. 

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page