top of page

Azərbaycanlı müşahidəçilər Özbəkistanda keçiriləcək prezident seçkilərinin monitorinqini aparacaq

Özbəkistanda keçiriləcək prezident seçkilərində MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev Daşkəndə gədib.

Bizimtv saytı "İnterfaks"a istinadən xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Daşkəndə gedən MDB müşahidə missiyası prezident seçkilərinə hazırlıq və onun keçirilməsini monitorinq edəcək.

Missiyanın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və MDB İcraiyyə Komitəsini təmsil edən 10 uzunmüddətli və 60 qısamüddətli müşahidəçi daxildir.

MDB müşahidə missiyası noyabrın 17-dən Özbəkistanda monitorinqə başlayıb.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

Müxbir - Şahbazov Orxan

Bakıda şok olay!Məhkum özünü yandırdı

Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Sabunçu rayonu R.Axundov küçəsi, 10 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb.

Müxbir - Fəridə Nizamiqızı

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 56 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.

Bu barədə Bizimtv saytına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Çıraqlı, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müxbir - Orxan Şahbazov

Prezident İlham Əliyev BƏƏ rəhbərliyini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Təbrik mətnində deyilir:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumu da təbrik edib:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müxbir - Fəridə Nizamiqızı

Məşhur aktrisadan bəd xəbər

"Yeşilçam"ın unudulmaz ismi aktrisa Fatma Girikdən pis xəbər var.

İki həftə əvvəl omba sümüyündə çürümə getdiyi üçün ayağına protez qoyulan F.Girikin halı pisləşib.

Dərhal xəstəxanaya çatdırılan aktrisa əməliyyat olunub.

Qeyd edək hazırda onun səhhəti normaldır.

Müxbir - Fəridə Nizamiqızı

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page