top of page

Vasif Zöhraboğlu

Dəli qız

Dəli qız, könlünə bir insaf düşə,
Rəhm elə nə qədər ağrım, acım var.
Sənin sevilməyə, xoş nəvazişə, 
Mənim də ailəyə ehtiyacım var.

Qoşulub üzüyün qaşına gəlsəm, 
Nişan barmağına ölçü gələrəm. 
Görüşək, görüşdə xoşuna gəlsəm,
Atamla, anamla elçi gələrəm.

Bilirsən məni də çoxdur sevənlər, 
Xətrinə dəyməsin, minnət olmasın.
Dəli qız, deyirəm qədir bilənlər,
Qədir bilməzlərə qismət olmasın.

Sən səhra gülüsən könlümdə bitən,
Mənlə şirin danış bal olsun dilin.
Bütün mövzularda ay dil-dil ötən,
Təkcə yox sözündə lal olsun dilin.

Şeirlə ürəyi yumuşalmayan,
Mənə bir tanrının qulunu göstər.
Dəli qız, hə denən peşman olmayım,
Mənə evinizin yolunu göstər...

Böyüklüyün zərrələrə bölünübdü yenə bu gün,
Hara getsəm, harda olsam rast gəlirəm sənə bu gün,
Ya sənə bir şey olubdu, ya bilmirəm mənə bu gün
Nə olub ki, dayanmadan eyni kəsi mən görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir SƏN görürəm.

 

*** 


Deyirsən ki, unut məni, bu eşqi ver yelə, gülüm,
Cəhd edirəm, cəhdlərim var mən də edim elə, gülüm,
Mən neynim ki, əgər ki, sən hər misradan belə, gülüm,
Gah mənə dil çıxarırsan, gah əl edirsən görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir SƏN görürəm.

 

*** 


Nöqtələrim aciz qalıb kəsəmmirəm qabağını,
Hər kəlməmdə gəzməkdəsən mən yazığın varağını,
Ürəyimə dağ çəkirsən öpdürərək ayağını
Misralara bilə-bilə, çünki görürsən görürəm,
Bu gün hara baxıramsa hər yerdə bir SƏN görürəm.

 

 ***


Göy üzünü üzün tutub, gözlərindən yağış yağır,
Eyni anda sənlər gəzir qənşərimdə ağır-ağır,
Nə deyirsən denən mənə, istəyirsən çığır, bağır,
Mən gözümə inanıram nə qədər ki, mən görürəm,
Bu gün hara baxıramsa hər yerdə bir SƏN görürəm.

Vüqar Rahi - Sən

Nüsrət Kəsəmənli - Bu sevda

Nahaqdan doymuşam, mən haqq gəzirəm, 
Başıma bir bəla, günah gəzirəm. 
Mən ki məhəbbətdən uzaq gəzirəm, 
Hardan ürəyimə doldu bu sevda? 

Dərdə əyilməzdim, eşqə əyildim, 
Bu eşqi Tanrının cəzası bildim, 
Mən ki bu sevgiyə hazır deyildim, 
Gül kimi əlimdə soldu bu sevda. 

Yenə mən olmadım ülfəti qıran, 
Sevdimmi, eşqimdə ölüncə varam, 
Kədəri bir dünya, sevinci bir an, 
Məni bəlalara saldı bu sevda. 

Təkliyə sən necə dözürdün, Allah, 
Bu eşqlə qəbrimi qazırdın, Allah, 
Özünə şərikmi gəzirdin, Allah, 
Sənə istəyimi böldü bu sevda.

Cabir Novruz - Ana

Sənin qızın, mənim ömür yoldaşım,
Əlimizdən nə tez uçdu, ay ana?..
Heç bilmirəm bu əzrayıl mürdəşir,
Birdən niyə onu seçdi, ay ana?...

O, gedəli gücüm yox, qüdrətim yox,
Bu həyata zərrə məhəbbətim yox,
Oğullarım qalmadılar yetim, yox,
O yetimlik mənə düşdü, ay ana...

Elə bil ki, nəslimizdə talan var,
Baxışlarda gör nə boyda ələm var,
O gedəli gör nə qədər ölən var,
O gedəli köçhaköçdür, ay ana?..

Sənin saçın birdən-birə ağardı,
Mənim ömrüm viran oldu, dağıldı,
İnsan tamam əfsanədir, nağıldır,
Əvvəli heç, sonu heçdir, ay ana...

Səfurəmin anasısan - anamsan,
Sən də ona mənim kimi yanansan,
O gedəli sən də ömrü talansan,
Yaşayırsan gözü yaşlı, ay ana...

Günlərimi təklik alıb qoynuna,
İblisdir ilişmişəm oyununa,
İstər gələ yüz-yüz gəlin-qaynana,
Ocağımız daha boşdur, ay ana...

Lap mələklər xidmət edə bu evə,
Peyğəmbərlər hörmət edə bu evə,
Allah özü diqqət edə bu evə,
Səfurəsiz yenə heçdir, ay ana...

Günay Ümid - Evdar payız

Bu soyuqda getməkmi olar?…
Həm də, əqrəblərin çarmıxa çəkildiyi saatda...

Gedişlər-
Parçalayar yolların alın yazısını.
Gedənlər-
Çoxaldar tənhalıqları.
Unutmaq-
Soyudar bütün şəhəri.
Unudulmaq-
Üşüdər insanı…

Sonra
İlhamının qığılcımını
Şeirdə alovlandırıb isinmək istəyərsən…
Ona həsr edərsən
Öldürdüyün bütün şeirlərini,
Dinləmək istəmədiyin mahnıları…
Əzib atdığın neçə vərəqin
dağıntıları altında ölümə tərk edərsən onu...

Döşəmənin soyuğu dondurar yanağını…
Başını qaldırıb qışqırarsan -
“Bu yağışda getməkmi olar? “
Yumruqların göyərdər
Məsum hisslərinin sinəsini.

Gedərsən….
Doluya düşər boş ürəyin…
Günləri yuyub aparar payız…

Gözlərin ilişər saatın əqrəblərinə-
qollarını açmış ağrıları qucaqlamağa,
Kəfkiriylə başını yelləyər yorğunluğuna…

Nəfəsinin buxarında
Bir söz diksindirər otağı yuxusundan – 
“ZAMAN”…

Xatirə Xatun - Qəzəl

Eşqin, ey şux, məni atəşi -hicranə salıb,
Yenə vəslin odunu şövq ilə bu canə salıb.

,,Niyə yandın"- deyə sorma mənə, əvvəl nəzər et ,
Özünü gör nə üçün odlara pərvanə salıb.

Neçə vaxtdır ki ,küsübsən nə səbəbdən görəsən,
Xəbərin varmı məni həsrətin əfğanə salıb?

Xalının mailiyəm, çox yaraşır surətinə,
Arxasınca mənə bənzər neçə divanə salıb.

Yayılandan sənə sevdalılığım, yox xəbərin,
Dilinə el-obanın təp- təzə əfsanə salıb.

Könlümə bənzəri var zülfi-pərişanın,həm
Bəxt zövq ilə pərişanı pərişanə salıb.

O məlahət ki sənin var, gözəlim, el danışır,
Günü dustaq eliyib, Zöhrəni zindanə salıb.

Şükr elə Tanrı verən izzətin üçün, Xatun,
Sözünün şöləsidir ismini hər yanə salıb.

İnsan çox qəribədir .

Bir müdrikdən soruşurlar:

"İnsanın ən çox hansı hərəkəti sizi daha çox təəccübləndirir?”

Müdrik bir-bir deməyə başladı:

"Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar.

Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər.
Sabah haqqında düşünüb bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar.
Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər.”
Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün soruşdular: "Bəs sən nə məsləhət görürsən?”
Müdrik belə cavab verdi:
"Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi düşünməkdir.
Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır.
Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə baxdığınızdır.”

HZ. İSA (əleyhissalam) ilə qara İlan

İsa (Əleyhissalam) bir gün kəndə gedər. Kənddə bir paltar boyaçısı vardır ki, bütün kəndlilər özündən şikayətçidirlər. Çünki boyaçı paltarları rəngləmək üçün bir tərəfdən sularını kəsməkdə, bir yandan da boyalarla suyu kirlətməkdə.
Kəndlilər toplanaraq hamısı birdən boyacıyı İsa (Əleyhissalam) 'a şikayət edərlər və "Ey İsa! ..." Deyərlər. "Bu adama elə bir qarğış edin ki gedişi olsun, lakin bir daha dönüşü olmasın." Bunun üzərinə İsa Peyğəmbər də belə dua edir:
"Allahım! .. O adama elə qara bir ilan müsəllət et ki, onu soxub öldürsün. Bir daha da gəlmək nəsib olmasın."

Boyaçı hər zamanki kimi yenə yanına üç çörək alaraq suyun kənarına gedər və paltarları boyamaya qoyular. Elə bu vaxt yanında bir abid (özünü Allaha ibadətə həsr edən bir kimsə) peyda olar. Abid oradakı dağlardan birində ibadətlə məşğul olmaqdadır. Boyaçıya salam verərək ona, "yanında yemək üçün bir şeyin varmı? Bu qədər zamandır ağzıma bir loxma çörək belə atmadım. Özünü görsəm və ya iyləsəm yenə mənə çatacaq" deyə çox ac olduğunu bildirir.


Boyaçı dərhal əlini çantasına atar və bir çörək çıxararaq abidə uzadar. Abid halından məmnun, "Ey boyacı! ..." Deyər. Allah (c.c.) sənin günahlarını bağışlasın, ürəyini Arit. "
Boyaçı ikinci çörəyi də uzadınca abid, "Ey boyaçı, Allah keçmiş və gələcək günahlarını bağışlasın" deyər. Bu dəfə də son çörəyini uzadınca "Ey boyaçı, Allah (c.c.) sənə Cənnətdə bir köşk nəsib etsin" deyə xeyir-duada tapılar.


Axşam olunca boyaçı kəndə qayıdır. Kəndlilər çaşqın-çaşqın ona baxırlar və ölmədiyinə heç bir məna verə bilmirlər. Qəti olaraq inanırlar ki, Allah yolunun nümayəndəsi olan bir Peyğəmbərin bədduası şübhəsiz ki, yerini tapmalıdır. İşdə bu düşüncələr altında kəndlilər toplanaraq hamısı birdən yenə İsa (Əleyhissalam) 'ın hüzuruna gedirlər. Vəziyyəti özünə izah etdikdə O da, "Çağırın onu mənə" deyir. Çağırırlar, boyaçı da gəlir, İsa Peyğəmbər soruşur: "Ey boyaçı, izah et baxaq bu gün nə yaxşılıq etdin?"

Boyaçı, su başında bir abidə rast gəldiyini, ona çörəklərini verdiyini, hər bir çörək verişində də ayrı-ayrı duasını aldığını bir-bir söyləyər. Vəziyyəti anlayan İsa Peyğəmbər bu dəfə çantasını gətirib açmasını söyləyir. Adam da çantasını gətirərək açar. Bir də baxarlar ki, çantanın içində qapqara bir ilan  yatır. Hər kəs heyrətdən donub qalar.


İsa (Aleyhiselâm) ilana yaxınlaşaraq "Ey qara ilan! ..." Deyər. "Anlat baxaq, niyə bu adamı sancıb öldürmədin?" Ilan dərin bir xəcalət içində belə cavab verir:
"Ey Allahın Peyğəmbəri! ... (Əmrinizi yerinə yetirmədiyim üçün dərin kədəri içindəyəm) lakin dağdan biri indi, çörək istədi, boyaçı da bütün çörəklərini verərək onun qarnını doyurdu. Qarını doyan adam boyacıya ard arda üç xeyir-duada tapıldı ki, soruşmayın.
Bir mələk ayaqda dayanaraq davamlı "amin (qəbul et ya Rəbbi! ...)" Deyə yalvarıb yaxardı.
İşdə o sırada Allah (Cəllə Cəlaluhu) bir mələk göndərərək dəmirdən bir ğemli mənim ağzımı gemletti, mən də boyacıyı sancıb öldürə bilmədim. Ona görə məni bağışlayınız.


İsa (Əleyhissalam) sonunda boyaçıya müjdəni verərək bu tövsiyəni edir: "Ey boyaçı! ... Bundan belə özünə yeni bir iş tut. Şübhəsiz ki, Allah (c.c.) səni bağışladı."
 

Nədir əllərinin bu soyuqluğu?
Alov gözlərinin istisi hanı?
Madam ki sönübdür eşq ocağımız,
Bəs közü, bəs külü, tüstüsü hanı?

Geriyə dönməkmi? Bu mümkün deyil!
Bu yolu özümüz seçib gəlmişik.
Biz ki bu günlərə, bu saatlara...
Kimlərdən-nələrdən keçib gəlmişik.

Bizim ki xeyrimiz-şərimiz birdi,
Bizim xəmirimiz birgə yoğrulub...
İlk dəfə deyil ki ayrılıq oxu
Bizim eşqimizin üstə doğrulub.

Biz ki qanunları, boş inancları,
Bütün qaydaları pozub sevmişdik?!
Biz ki bu sevgini bir yuxu kimi
Fərqli yorumlayıb-yozub sevmişdik?!

Bir vaxt ürəyini yandıran eşqin,
Qəlbində qoyduğu iz gedə bilməz!
İsinə bilirsə əlin əlimdə,
Demək ayrılıqdan söz gedə bilməz!

Bizi keçməkeşli yollar gözləyir,
Tələsmək gərəkdir, dayanmaq olmaz!
Bütün yaşananlar yuxu da olsa,
Bu şirin yuxudan oyanmaq olmaz!

Xəlil Adıgözəl - Biz ki.....

Əşrəf Fəxri - Qəzəl

Hər kim yetir səadətə xiffət çəkib gəlir, 
Yarın cəfavü cövrünü xəlvət çəkib gəlir.

Məna dağın enir yenə Fərhad tək könül, 
Bir yari-şirin eşqinə surət çəkib gəlir.

Dəyməzmi gül cəmalıvı görsün bu aşiqin? 
Qürbətdən ömrlərdi ki,zəhmət çəkib gəlir.

Saqi,bu dinməz aşiqi dindir əyağ ilən, 
Bəlkə danışdı başı nə zillət çəkib gəlir.

Şirindi vəslin hicrdən,hicrinsə vəsldən, 
Həsrət çəkib gedənlərin həsrət çəkib gəlir.

Fəxrini bəzmi-eyşdə axtarsalar,könül, 
Bildir ki,çıxdı bayıra,möhnət çəkib gəlir.

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page